Hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində muzdlular xidmət göstərir – Prezidentin köməkçisi

Oxunma vaxtı:36 Saniyə

Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın Silahlı Qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdluların yerləşdirib və onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə edilir. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyətə mənsub olan insanlar da var.

H.Hacıyev qeyd edib ki, terror təşkilatı açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur və Azərbaycan Ordusu döyüş tapçşırıqlarını layiqincə yerinə yetirir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndi işğaldan azad edilib

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.