Ermənistan hibrid müharibəyə keçib – Hikmət Hacıyev

Oxunma vaxtı:37 Saniyə

Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, danışıqlarda nəticə o zaman effektiv olar ki, qarşı tərəf də konstuktiv olsun: “Ermənistan öz əməlləri ilə digər ölkələri də müharibəyə təhrik etməyə çalışır. Bu, ATƏT-in Minsk qrupunun və digər vasitələrin səylərinə qarşı bir zərbədir”.

H.Hacıyev əlavə edib ki, Ermənsitan tərəfindən Azərbyacanın mülki əhalisinə atəşlər açılır: “Bunun üçün qadağan edilmiş ən güclü silahlardan istifadə edilir. Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır. Onlar assimmetrik müharibə, yəni terror vasitəsilə müharibənin aparılması üsulunu seçirlər. Bu, çox ölkələrdə tətbiq edilən təcrübədir. Adətən ölkələr müharibəni uduzduqda assimterik və hibrid müharibədən istifadə edirlər”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir - Anar Eyvazov

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Berd, Çəmbərək, Qafan, Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələrimiz atəşə tutulub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan […]