Əliabadi: İran elektrik stansiyaları vurulacağı təqdirdə onların sürətli bərpasına dair plana malikdir

Oxunma vaxtı:28 Saniyə

İran ABŞ və İsrail tərəfindən zərbələr endiriləcəyi təqdirdə elektrik stansiyalarını sürətlə bərpa etmək imkanlarına malikdir.

Bu barədə ölkənin energetika naziri Abbas Əliabadi IRIB dövlət teleradio şirkətinə bildirib.

O qeyd edib ki, vətəndaşlar narahat olmamalıdırlar: “Elektrik stansiyaları vurularsa, onlar sürətlə bərpa ediləcək və modernləşdiriləcək”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın enerji sisteminə güclü zərbələr endirməklə hədələmişdi. Bununla belə, ötən gün Tramp bildirib ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Loading

Next Post

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Azərbaycanda sabah bəzi yerlərdə intensiv yağıntı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° […]