İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb

Oxunma vaxtı:53 Saniyə

İsrail Müdafiə Ordusu Beyrutda “Hizbullah”ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmmədi adlı komandirini öldürüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Hərbçilərin məlumatına görə, Məhəmmədi “Hizbullah” ilə SEPAH arasında hərbi koordinasiyada əsas fiqur hesab olunurdu. O, həmçinin Livan qruplaşması ilə yüksək rütbəli İran rəsmiləri arasında vasitəçi rolunu oynayırdı.

Qeyd olunub ki, o, “Hizbullah”ın raket potensialının artırılmasında mühüm rol oynayıb və “Şimal oxları” əməliyyatından sonra qruplaşmanın imkanlarının bərpasında iştirak edib.

Bundan əlavə, Məhəmmədi, qruplaşmanın strateji silahlar sahəsində əsas mütəxəssislərindən biri hesab olunurdu. İsrail hərbiçilərinin məlumatına görə, o, “Şimal oxları” və “Nərildəyən şir” əməliyyatları çərçivəsində İsrail ərazisinə zərbələri koordinasiya edib.

İsrail Orudusu “Hizbullah”a qarşı qətiyyətli addımları davam etdirəcəklərini və İsrail vətəndaşlarının təhlükəsizliyinə təhdidlərə yol verməyəcəklərini vurğulayıblar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

XIII Qlobal Bakı Forumu çərçivəsində çoxtərəfliliyin böhranına həsr olunan panel sessisyası keçirilib

XIII Qlobal Bakı Forumu çərçivəsində “Çoxtərəfliliyin böhranı: Qlobal əməkdaşlığın yenidən düşünülməsi” adlı panel sessisyası keçirilib. “Report” xəbər verir ki, paneldə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa dünyanın yalnız milyarder ölkələrdən ibarət olmadığını bildirib. “Hər bir dövlətin öz gələcəyinə dair fikir söyləmək imkanı olmalıdır”, – […]