Kreml: Putin və Trampın İranla bağlı telefon danışığı gözlənilmir

Oxunma vaxtı:13 Saniyə

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ABŞ-nin İrandakı əməliyyatı məsələsinə dair telefon danışığı yaxın vaxtda planlaşdırılmır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır, prezidentin qrafikində belə tədbirlər yer almır”, – Peskov jurnalistlərə deyib.

Loading

Next Post

İran Oman sahillərində tankerə hücum edib, ölən var

İran Oman sahillərində neft tankerinə zərbə endirib, nəticədə bir nəfər ölüb. Bu barədə “Al Jazeera” Oman Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb. Bildirilib ki, hücum Maskat vilayətindən 52 dəniz mili (96 km) məsafədə kamikadze kateri vasitəsilə həyata keçirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib və bu da ekipaj üzvlərindən birinin […]