DYP ara məsafəsi saxlanılması ilə bağlı sürücülərə müraciət edib

Oxunma vaxtı:45 Saniyə

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib.

Bu barədə DYP-dən məlumat verilib.

Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin. Sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.

Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Loading

Next Post

Azərbaycan XİN Estoniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Estoniya Respublikasının Milli Günü münasibətilə Estoniya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Milli Günün mübarək olsun, Estoniya!”, – postda qeyd olunub.