Azərbaycan Premyer Liqasında çıxış edən üç bölgə klubu cərimələnib

Oxunma vaxtı:48 Saniyə

Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” klubları cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);

31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 68);

31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Loading

Next Post

Şura: "İdrak" liseyindəki insidentlə bağlı jurnalistlərin şagirddən açıqlama alma üsulları yolverilməzdir

“İdrak” liseyində baş vermiş insidentlə bağlı media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu barədə Mətbuat Şurasının media mənsublarına ünvanladığı çağırışda qeyd olunub. Qeyd edilib ki, bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, […]