“Qarabağ”ın UEFA Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

Oxunma vaxtı:17 Saniyə

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində baş tutacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Loading

Next Post

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub

Cənubi Koreyada təşkil edilən Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub. Bu barədə Azərbaycanın Seuldakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Pyonqtek şəhərində keçirilən sərginin mövzusu “Sülh və sakitlik” olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.