Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar

Oxunma vaxtı:34 Saniyə

“Sabah” və “Araz-Naxçıvan” komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaqlar.

Paytaxt təmsilçisi Bakıda Bolqarıstanın “Levski” (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq. “Bayquşlar” səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Konfrans Liqası: Azərbaycan klubları bu gün cavab oyunlarına çıxacaqlar

Comments are closed.

Next Post

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Xəzər, Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar 14.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə […]