Narkoloji Mərkəz: Reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməli, dövlət nəzarəti olmalıdır

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

“Narkoloji müalicə birmənalı olaraq könüllü aparılmalıdır”.

Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov bildirib.

“Narkoloji müalicə anonim də ola bilər. Xəstənin məlumatları məxfi saxlanılır. İnsanlar adının qeydiyyata düşməsindən, cəmiyyətdə yayılmasından narahat olurlar. Ona görə də gedib qeyri-qanuni fəaliyyət göstərən reabilitasiya mərkəzlərinə müraciət edirlər. Heç maraqlanmırlar ki, oradakı müalicə metodu nə dərəcədə doğrudur? Ümumiyyətlə, reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir, dövlət nəzarəti olmalıdır”, – direktor qeyd edib.

Qeyd edək ki, Sumqayıt şəhər Prokurorluğunun məlumatına görə, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Loading

Next Post

Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz - ŞƏRH

Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci illiyidir. SSRİ-dən ona ərazilərinin işğalı, itkisi, Ermənistandan, Orta Asiyadan, Qarabağ və ətraf rayonlardan çoxsaylı qaçqınlar, dağılmış iqtisadiyyat, pozulmuş hüquqlar, qətliamlar, soyqırımlar və başqa bu kimi problemlər miras olaraq qalmışdı. Həmin dövr Azərbaycan tarixində təzadlı idi. Bir tərəfdə azadlığın, sovet müstəmləkəsindən qurtulmağın sevinci, o biri […]