Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradılıb

Oxunma vaxtı:19 Saniyə

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.

Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.

Loading

Next Post

Azərbaycanın olimpiya çempionlarının Fransadakı turnirə qatılmamalarının səbəbi bəlli olub

Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasının səbəbi müəyyənləşib. “Report”un əldə etdiyi məlumata görə, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib. Alman mütəxəssis sözügedən idmançıları ilin ilk “Böyük Dəbilqə” yarışı üçün heyətə […]