Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası barədə Qərarda dəyişiklik edilib

Oxunma vaxtı:40 Saniyə

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla sözügedən qaydaya aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:

“Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər”.

Həmin Əsasnamənin 3.5-ci bəndində göstərilir ki, yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları (qurumları) ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.

Loading

Next Post

Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub

Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub. Bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər […]