Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

Oxunma vaxtı:28 Saniyə

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

Bu barədə qurumun “X” hesabında qeyd olunub.

Vurğulanıb ki, Türkiyə Azərbaycanın ağrısını ürəyində hiss edir və həmişə Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək:

“Qardaş Azərbaycanda baş verən və tarixə Qara Yanvar kimi düşən qeyri-insani hücumlar zamanı həyatını itirən şəhidlərimizi dərin hörmət və rəhmətlə anırıq. Azərbaycan türkü qardaşlarımızın yaşadığı ağrını ürəyimizdə hiss edir, tarix boyu olduğu kimi, bu gün də həm xoş günlərdə, həm də çətin məqamlarda “Bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə dayanmağa davam edəcəyimizi bir daha vurğulayırıq. Unutmadıq, unutdurmayacağıq”.

Loading

Next Post

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb. Saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb. Qatarlardan bir dəqiqə ərzində fit verilib.