Qusarda avtoxuliqanlıq edən sürücü tutulub – VİDEO

Oxunma vaxtı:42 Saniyə

Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü – 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

Loading

Next Post

ƏSF-in Elektron Auksion Portalında satışlar davam etdirilir

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən yaradılmış Elektron Auksion Portalı (auction.adif.az) vasitəsilə ləğv prosesində olan bankların balansında mövcud daşınar əmlakların satışı davam etdirilir. Portal açıq, şəffaf və rəqabətli satış mexanizmi təqdim etməklə həm fiziki, həm də hüquqi şəxslər üçün əlçatan alış mühiti yaradır. Fonddan verilən məlumata görə, satışa çıxarılan məhsullar əsasən […]