ABŞ federal hökumətinin büdcəsi dekabr ayında 145 milyard dollar kəsir göstərib

Oxunma vaxtı:41 Saniyə

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin dekabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə bitən 2026 maliyyə ilinin üçüncü ayı olan dekabr ayında federal hökumətin büdcə kəsiri 145 milyard dollar olaraq hesablanıb.

Federal hökumətin əvvəlki ilin eyni dövründə büdcə kəsiri 87 milyard dollar olub.

Beləliklə, büdcə kəsiri ötən ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67 faiz artıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında hökumət gəlirləri illik müqayisədə 7 faiz artaraq 484 milyard dollara çatıb, xərclər isə illik müqayisədə 16 faiz artaraq 629 milyard dollara çatıb.

2026-cı maliyyə ilinin ilk üç ayında ölkənin ümumi büdcə kəsiri də əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 602 milyard dollara düşüb.

Bu kəsir əvvəlki ilin eyni dövründə 711 milyard dollar olub.

Loading

Next Post

Kiyev qaranlığa qərq olub

Ukrayna paytaxtı Kiyev şəhərində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb və bu, tamamilə elektrik kəsilməsi ilə nəticələnib. Bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Uzun müddət davam edən elektrik kəsintiləri Kiyev ətrafındakı yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olub. Qeyd edək ki, 13 yanvar gecəsi Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli […]