Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb

Oxunma vaxtı:35 Saniyə

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilmə müddəti uzadılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi qərarında əksini tapıb.

TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31 dekabr 2025-ci ildə başa çatırdı. Bu müddət 31 dekabr 2026-cı ilədək uzadılıb.

Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün güzəştli aksiz dərəcəsinin müddəti də 31 dekabr 2026-cı ilədək uzadılıb. Başqa sözlə, 1 ton üçün 80 manat deyil, 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Loading

Next Post

Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb. Bu barədə Akorda məlumat yayıb. Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya […]