Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Oxunma vaxtı:30 Saniyə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

Bu barədə Akorda məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya və qeyri-ənənəvi cinsi orientasiya təbliğatından qorunmasına yönəlib.

Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və KİV haqqında qanunlar da daxil olmaqla, doqquz əsas qanunu əhatə edir. Qanunvericiliyə “Qeyri-ənənəvi orientasiya təbliğatı” anlayışı daxil edilir və onun KİV-də, onlayn platformalarda və telekommunikasiya şəbəkələrində yerləşdirilməsinə məhdudiyyətlər qoyulur.

Loading

Next Post

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq. O, […]