Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Oxunma vaxtı:19 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq.

O, Azərbaycanın Türkmənistan və Əfqanıstanda diplomatik missiyasına rəhbərlik edib.

Loading

Next Post

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik […]