Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

Oxunma vaxtı:42 Saniyə

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Loading

Next Post

Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib. Bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Həqiqətən də bu, əbədi deyil, sənədlərdə bu, təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalı ilə 15 il müddətinədir”, – Ukrayna […]