Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Oxunma vaxtı:24 Saniyə

Dekabrın 27-i saat 00:00-dan etibarən Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda deyilir.

Loading

Next Post

Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb. İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna […]