Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib, partlayışlar baş verib

Oxunma vaxtı:32 Saniyə

Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbə üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə olunub.

“Dekabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri hava bazalı “Storm Shadow” qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna uğurlu zərbə endiriblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, zavod ərazisində çoxsaylı partlayışlar qeydə alınıb, hədəf uğurla vurulub.

Baş Qərargahdan o da bildirilib ki, Novoşaxtinsk zavodu Rusiyanın cənub bölgəsində ən iri neft məhsulları tədarükçülərindən biridir. Zavod həmçinin Ukraynada olan Rusiya ordusunun bölmələrini birbaşa neft məhsulları, xüsusilə dizel və aviasiya yanacağı ilə təmin edir.

Loading

Next Post

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib. Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiya məhkəməsi sədrinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib: apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Səməd Fəxrəddin oğlu Cəfərov […]