Dağıstanın rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:33 Saniyə

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb.

Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə xidmətiniz həm həmvətənləriniz arasında, həm də ölkənin hüdudlarından kənarda Sizə böyük ictimai rəğbət və nüfuz qazandırıb.

Dağıstanda Azərbaycan Respublikası ilə əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tarixi səmərəli əməkdaşlıq yüksək dəyərləndirilir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2026-cı ildə Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Loading

Next Post

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib. Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib. Çıxış edən […]