Cevdet Yılmaz Orta Dəhlizin taleyini Azərbaycan və Türkiyənin müəyyənləşdirəcəyini bəyan edib

Oxunma vaxtı:29 Saniyə

Orta Dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək.

Bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyə münasibətlərində 21-ci əsrin İpək Yolu adlandırılan Orta Dəhliz bu gün heç olmadığı qədər həyati bir önəm qazanıb: “Gözlər Xəzərdən keçən Orta Dəhlizə çevrilib. Ancaq bu potensialı logistik imkana çevirmək bizim əlimizdədir. Beləliklə, modern İpək Yolunun bünövrə daşları yerinə oturacaq. Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək”.

Loading

Next Post

Dağıstanın rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb. Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə […]