Bu regionda 4 məktəb binası yenidən tikiləcək – RƏSMİ

Oxunma vaxtı:27 Saniyə

Yeni tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrinin təmir, eləcə də tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir.

Loading

Next Post

Ərdoğan Türkiyə konstitusiyasını dəyişmək istəyir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiya təklifləri təqdim etmək niyyətindədir. “Ekonomim” qəzeti öz mənbələrinə istinadən yazıb ki, hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər. Bir müddət əvvəl “Cümhuriyet” qəzeti hakim partiya daxilindəki mənbələrə istinadən xəbər vermişdi ki, AK […]