Türkiyə Qara dənizdə mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edib

Oxunma vaxtı:18 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlara münasibət bildirib.

APA-nın xəbərinə görə, 16-cı səfirlər konfransında çıxış edən Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb.

“Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq şəkildə çatdırırıq”, – Ərdoğan qeyd edib.

Loading

Next Post

Amnistiya ilə bağlı qərar layihəsi dekabrın 19-da Milli Məclisdə müzakirəyə çıxarılacaq

Milli Məclisdə amnistiya ilə bağlı qərar layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin 19 dekabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.