Serbiya Prezidenti: Digər ölkələrdən qaz almağa başlayacağıq

Oxunma vaxtı:48 Saniyə

Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya ilə müqavilə imzalanmadığına görə, digər təchizatçılardan qaz alışına başlayacaqlarını bildirib.

Bu barədə Serbiyanın “N1” telekanalı məlumat yayıb.

Prezident həmçinin ölkənin kifayət qədər qazla təmin ediləcəyini vurğulayıb.

“Enerji təhlükəsizliyini təmin edirik, çünki enerjisiz heç nə mövcud ola bilməz. Xəstəxanalar və kliniki mərkəzlər bağlanar. İnsanlar harada müalicə olunar? Bizim bütün səhiyyə sistemi dizel ilə işləyir. Ona görə də, istəsəniz də, istəməsəniz də, hər şeyi nəzərə almaq lazımdır”, – deyə A.Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün yeni infrastruktur hazırlamalıdır.

“Şimali Makedoniya ilə interkonnektor tikilməlidir. Qaz məsələsinə gəlincə, “məhsul boru kəməri” tikilməlidir. Yəni, Rumıniya ilə qaz interkonnektorundan əlavə, neft boru kəməri də tikilməlidir”, – Serbiya Prezidenti qeyd edib.

Aleksandr Vuçiç, həmçinin Rusiya tərəfinin ərəb şirkəti “ADNOC” ilə “NIS”ın 56 faiz səhminin alınması ilə bağlı apardığı danışıqların ciddiliyinə inandığını bildirib. O, vəziyyətin 15 yanvara qədər həll olunmasını gözlədiyini qeyd edib.

Serbiya Prezidenti hazırda ölkədə yanacaq çatışmazlığının gözlənilmədiyini, ehtiyatların kifayət qədər olduğunu bildirib.

Loading

Next Post

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Əziz Qardaşım, Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Otuz il əvvəl dünya birliyi tərəfindən […]