Azərbaycan hərbçiləri “EFES-2026″da gəminin ələ keçirilməsi tapşırığını icra edib

Oxunma vaxtı:23 Saniyə

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Loading

Next Post

Bakı müasir, canlı və qlobal şəhərlərə çevrilib - Baş nazir

Şəhərlərin dayanıqlığı yalnız inkişafın insan mərkəzli, iqlimə həssas və məlumat əsaslı olduğu halda mümkündür. Bunu Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlər Sammitində deyib. O bildirib ki, Bakı müasir şəhər infrastrukturu, qlobal bağlantılar və transformasiyanın nümunəsidir: “Bakının tarixi İçərişəhəri ortaq […]