Gürcüstan BBC-nin süjetinə görə Britaniyadan üzr tələb edir

Oxunma vaxtı:35 Saniyə

Böyük Britaniya BBC telekanalının Gürcüstanla bağlı yaydığı yalana görə üzr istəməlidir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan dezinformasiya ilə bağlı Böyük Britaniyanın Kommunikasiyaların Tənzimlənməsi Komissiyasına, lazım gəldikdə isə məhkəməyə müraciət edəcək.

“BBC ictimai yayımçı olduğuna və dövlət tərəfindən maliyyələşdiyinə görə Böyük Britaniya yalan informasiyaya görə üzr istəməlidir. Telekanalın materialı yalana əsaslanan süni qalmaqal yaratmağa cəhd idi”, – Kobaxidze əlavə edib.

Qeyd edək ki, BBC-nin bu yaxınlarda yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və ötən il Tbilisidə etirazçılara qarşı qadağan olunan maddələrdən istifadə edilmədiyini bildirib.

Loading

Next Post

Prezident İlham Əliyev Peter Pelleqrinini gələn il Azərbaycanda görəcəyinə ümid etdiyini bildirib

“Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək”. Bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib. “Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən […]