Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Oxunma vaxtı:42 Saniyə

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

Bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Birgə layihələrə, ali və peşə təhsili sahəsində tərəfdaşlığın gücləndirilməsinə, həmçinin birgə tədqiqatların aparılması imkanlarına xüsusi diqqət yönəlib.

“Biz, həmçinin enerji, dərin özüllü dəniz limanlarının tikintisi və sualtı kabellərin çəkilişi sahəsində vacib kadrların hazırlanmasına töhfə verəcək birgə peşə kollecinin yaradılması imkanını müzakirə etdik”, – M.Laşxinin bəyanatında bildirilib.

Tərəflər, həmçinin elmlər akademiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda gürcüdilli məktəblərin fəaliyyəti, eləcə də Gürcüstanda azərbaycandilli məktəblərin vəziyyətini müzakirə ediblər.

Bundan əlavə, görüş iştirakçıları Gürcüstan parlamentinin deputatlarının Azərbaycana səfərinin təşkili məsələsini müzakirə ediblər.

Loading

Next Post

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o […]