Bu gün hava necə olacaq? – PROQNOZ

Oxunma vaxtı:38 Saniyə

Azərbaycanda noyabrın 28-də arabir çiskin olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Loading

Next Post

Tramp administrasiyası sığınacaq axtaranları deportasiya etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının ölkəyə gələrək sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını açıqlayıb. Bu barədə Tramp hərbçilərə müraciətində bildirib. “Ondan Milli Qvardiyanın hərbçilərinə atəşə açan Əfqanıstan vətəndaşının əvvəllər sığınacaq üçün müraciət etməsi və təsdiqlənməsi barədə xəbərlərə münasibət bildirməsi istənilib. “Sığınacaq axtaranlara gəldikdə, gələnləri deportasiya etmək çox çətindir. Necə etməyə çalışsan […]