Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb.

Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib.

Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb.

“Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması və fundamental hüquqlara ciddi məhdudiyyətlər ilə müşayiət olunan ciddi demokratik geriləmə müşahidə olunub” , – məlumatda deyilir.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.

Loading

Next Post

Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir […]