Ceyhun Bayramov Oman Sultanlığının Dövlət Şurasının sədri ilə görüşüb

DogruSozTv Az
Oxunma vaxtı:53 Saniyə

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və Oman arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Ölkələrimiz arasında Parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı məmnunluqla qeyd edilib, hər iki Parlamentdə dostluq qruplarının yaradılmasının münasibətlərin inkişafı istiqamətində mühüm addım olduğu vurğulanıb.

Görüşdə Azərbaycan ilə Oman arasında münasibətlərin inkişafında ikitərəfli siyasi təmasların mühüm rolu vurğulanıb.

Omanda Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və əlaqələrin dərinləşməsinə yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.

Görüş zamanı, həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Qeyd olunub ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və […]