Nazir: Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birini tamamlaya bilər

DogruSozTv Az
Oxunma vaxtı:31 Saniyə

Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birinə rəqib deyil, əksinə bir-birini tamamlaya bilər.

Bunu iqtisadiyyat naziri Qevork Papoyan bildirib.

Papoyanın sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin perspektivlərinə dair elmi məqalə hazırlayıblar. Məqalənin yaxın vaxtlarda elmi jurnallardan birində dərc olunacağı gözlənilir.

“Xüsusilə göstərmişik ki, Azərbaycanın ixrac etdiyi məhsulların mühüm hissəsi Ermənistanın idxal tələbatına, Ermənistanın ixracı isə Azərbaycanın ehtiyaclarına uyğundur. Yəni biz rəqib deyilik, bir-birimizə bir çox mallar sata bilərik”, – nazir qeyd edib.

Papoyan vurğulayıb ki, qarşılıqlı ticarət Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün əsas yarada bilər və siyasi şərait imkan verdiyi halda, bu, hər iki ölkənin iqtisadiyyatına fayda gətirə bilər.

Loading

Next Post

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul – malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir […]