Bild: Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır

Oxunma vaxtı:27 Saniyə

Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır.

Bu barədə “Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində deyilir.

“Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib.

Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd edib ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.

Ukraynalı diplomat Amerika Prezidenti tərəfindən səsləndirilmiş şərtlərin Kiyev üçün qəbuledilməz olduğunu vurğulayıb.

“Kağız üzərində yazılanlar və danışıqlarda bizə işarə edilənlər qəbuledilməzdir”, – o deyib

Loading

Next Post

Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə […]