Sabah hava yağmursuz keçəcək -PROQNOZ

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Azərbaycanda oktyabrın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Loading

Next Post

Gələn ay 12 gün iş olmayacaq - TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq.8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri […]