XİN başçısı: Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

Azərbaycan üzərindən Şərq-Qərb marşrutu ilə daşınan yüklərin həcmi 90 faiz artıb.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, nəqliyyat-kommunikasiya sahəsi Avropa İttifaqı-Azərbaycan münasibətlərində hər zaman ən vacib mövzu olub:

“Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb. Həmçinin TRİPP marşrutu reallaşarsa, 15 milyon ton yükün daşınması reallaşa bilər. Bu, Asiya ölkələri üçün də çox böyük imkanlar vəd edir”.

Loading

Next Post

Prezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz […]