Xələf Xələfov: Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir

Oxunma vaxtı:59 Saniyə

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrədə uğurla davam edir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir.

X.Xələfov qeyd edib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib: “Birgə həyata keçirdiyimiz Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yol xətti, Trans Anadolu layihəsi xalqlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri heç zaman indiki kimi yüksək olmayıb. İki qardaş ölkə arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir: “Bunun üçün lazımi hüquqi baza mövcuddur. Son birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun hazırlığına mühüm töhfələr verdi. Ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir”.

X.Xələfov əlavə edib ki, 2019 ildə iki ölkə arasında ticarət dövriyəsi 33 faiz artıb, COVİD-19-a baxmayaraq, bu il ərzində də ticarət dövriyyəsi artıb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlər Kabineti baş məşqçilərin səlahiyyəti ilə bağlı qərara İZAH verib

Nazirlər Kabineti 339 №li Qərarına dair izah verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qeyd olunan Qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli […]