Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? – MƏBLƏĞ

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

102 tələbəyə təqaüd təyin edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Qeyd edək ki, Prezidentin bu il imzaladığı Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata çatdırılıb.

Loading

Next Post

Uitkoff və Kuşner Qəzza üzrə danışıqlar üçün Misirə gedəcəklər

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, ABŞ Prezidentinin keçmiş baş müşaviri Cared Kuşner bu gün Misirə səfər edəcəklər. Bu barədə Ağ Evin nümayəndəsinə istinadən “Axios” məlumat yayıb. “Stiv Uitkoff və Cared Kuşner bu gün Misirə gedəcəklər ki, girovların azad edilməsi prosesinin texniki detalları və […]