Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

Oxunma vaxtı:23 Saniyə

Vyetnamın Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq.

Bu barədə Azərbaycanda səfərdə olan Hanoy Universitetinin professoru Nguyen Van Çien AMEA prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündə məlumat verib.

O, elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini, qurumun Azərbaycanla Vyetnam arasında elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə diqqət çəkib.

Görüşdə həmçinin AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.

Loading

Next Post

Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. İclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər. İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti […]