Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Oxunma vaxtı:31 Saniyə

2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.

Loading

Next Post

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

Qarabağın və Şərqi Zəngəzurun bir sıra şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemləri bərpa edilir və yenidən qurulur. “Report”un Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) təşkil etdiyi mediaturda məlumat verilib. Bildirilib ki, Xocavənd şəhərinin su təchizatı Qaradağlı kəndi ərazisində yerləşən […]