Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

Oxunma vaxtı:25 Saniyə

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.

Loading

Next Post

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir. Bu barədə layihənin texniki operatoru olan “BP-Azərbaycan” şirkətinin məlumatında bildirilib. “Hazırda yataqdan qaz hasilatı “Şahdəniz-1” və “Şahdəniz-2″ layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə […]