İlham Əliyev İraq prezidentini təbrik edib

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Loading

Next Post

İsrail HƏMAS-dan Trampın atəşkəs təklifinə cavab gözləyir

İsrail hökuməti HƏMAS qruplaşmasından ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı təklifinə rəsmi cavab gözləyir. Bu barədə Baş nazirin dəftərxanasından bildirilib. “Onların cavabının necə olacağını təxmin edə bilmərik”, – dəftərxanadan bəyan ediblər. Daha əvvəl Yaxın Şərq KİV-lərinin yaydığı məlumata görə, HƏMAS rəsmiləri vasitəçilərə Trampın planını müzakirə etmək üçün daha […]