Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin NƏZƏRİNƏ

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Məlum olduğu kimi, Microsoft şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatır. Bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, mövzular və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr 2025-ci il tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10”la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.

Loading

Next Post

BMT tribunasında Zəfər çıxışı - Azərbaycanın dünya siyasətində artan rolunun təsdiqi - ŞƏRH

Nyu-Yorkda növbəti tarixi ilkə imza atıldı – Azərbaycan Prezidenti İlham Əliyev otuz il ərzində ilk dəfə dünyanın ən ali tribunasına qalib ölkənin lideri kimi qalxdı. Azərbaycanın yaratdığı reallıqları dünyanın diqqətinə çatdırdı. Bu tarixi Zəfər çıxışında torpaqların azad edilməsi, suverenlik, ərazi bütövlüyünün bərpasından tutmuş işğalın nəticələrinin sürətlə aradan qaldırılması, beynəlxalq humanitar […]