Goranboyda ağır qəza – Xəsarət alanlar var

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Goranboyda yol qəzası baş verib.

Hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” ilə “Naz Lifan” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanada tibbi müayinə edildikdən sonra onlar evə buraxılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

“Qarabağ” - “Kopenhagen” oyununun hakimləri açıqlandı

UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək. […]