Mikayıl Cabbarov: “AIIF ənənəvi xarakter daşıyacaq”

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ənənəvi xarakter daşıyacaq və onun hər ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Biz hədəfləyirik ki, bu, həm ölkəmizin iqtisadiyyatına, həm də regionumuzda iqtisadi əməkdaşlığa yönəlmiş ənənəvi bir tədbir olsun”, – deyə o qeyd edib.

Nazir forumun birinci günündə imzalanmış bir sıra vacib sənədlərlə bağlı da danışıb: “Onların arasında xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investorlarının həyata keçirəcəyi daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri xatırlatmaq istərdim”.

Loading

Next Post

Sabah İmişli və Saatlıda 2500-dən çox abonentin qazı kəsiləcək

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq. Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür […]