Müəllimlərin maaşına əlavələr edilir – RƏSMİ

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

“Sertifikasiya prosesi 2022-ci ildən etibarən başlayıb və bu il də davam etdirilir. Bu il ilk dəfə təxminən 2 000 yeni fənn müəllimi həmin prosesə cəlb olunub”. 

Bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

Onun sözlərinə görə, müəllimlərin əksəriyyəti bu mərhələdən uğurla keçib və 15 sentyabrdan etibarən onların əməkhaqlarına əlavələrin ödənilməsinə başlanılıb:

“Ümumilikdə, əməkhaqqı diferensial qaydada, artımla ödənilən müəllimlərin sayı 70 000-i keçərək təxminən 73 000-ə çatacaq. Hazırda uğurla keçən namizədlərin müsahibə mərhələsi başlamaq üzrədir. Bu həftə müəllimlər müsahibə mərhələsinə dəvət ediləcək və proses oktyabr ayının sonuna kimi başa çatdırılacaq”.

Loading

Next Post

Çempionlar Liqasında əsas mərhələ başlayır - Bu gün 6 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün start veriləcək. I turun ilk oyun günündə 6 qarşılaşma baş tutacaq. UEFA Çempionlar Liqası Liqa mərhələsi I tur 16 sentyabr 20:45. PSV (Niderland) – “Yunion” (Belçika) 20:45. “Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə) 23:00. “Real” (İspaniya) – “Marsel” (Fransa) 23:00. “Benfika” (Portuqaliya) – “Qarabağ” […]