Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb

DogruSozTv Az
Oxunma vaxtı:16 Saniyə

Xocavənd rayonunun Qırmızıbazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.

Onlardan 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

Qeyd edək ki,  köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Loading

Next Post

Qətərin Baş naziri: İsrailin Dohaya zərbəsi əsirlərin azad olunacağına dair ümidləri məhv etdi

İsrailin Dohada endirdiyi zərbə Qəzza zolağında saxlanılan israilli girovların azad olunacağına dair bütün ümidləri məhv edib. Bu fikri Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani “CNN” telekanalına müsahibəsində səsləndirib. “Düşünürəm ki, Netanyahunun dünənki addımı girovların azad olunacağına bütün ümidləri sadəcə öldürdü”, – Al Tani […]