İlahiyyatçı: Ehsan dedikdə aş, halva, yemək yada düşür, bu, yanlışdır

Oxunma vaxtı:33 Saniyə


Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.

Bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir. 

“İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar”, – o əlavə edib.

İlahiyyatçının sözlərinə görə, bu mənada, cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir. 

“Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edir ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər, az qala, eynidir. Belə şey olmazı axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir”.

Loading

Next Post

Bazar günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Ayın 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. […]