Nazirlik: Litva-Azərbayan müntəzəm aviareysinin açılması prioritet istiqamətlərdən biridir

Oxunma vaxtı:36 Saniyə

Litva aviamarşrutların sayının artmasında maraqlıdır və prioritet istiqamətlərdən biri də Azərbaycanla Litva arasında birbaşa müntəzəm hava əlaqəsinin açılmasıdır.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Litva Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Litvanın nəqliyyat tənzimləmə orqanları Avropa İttifaqı (Aİ) ilə assosiasiya barədə saziş və digər srateji sənədlərlə əlaqədar məqsəd və öhdəliklərə nail olmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır:

“Azərbaycan tərəfinin hava əlaqəsi haqqında Azərbaycan hökuməti ilə Litva hökuməti arasında Saziş layihəsinin razılaşdırılması prosesinin davam etməsinə marağı bizə məlumdur. Eyni zamanda, bizi Azərbaycanın Aİ-nin hava məkanına qoşulması üzrə danışıqların gedişatı maraqlandırır. Litvada avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sektorlarında yüksək ixtisaslı mütəxəssislər qrupu toplanıb. Azərbaycanın nəqliyyat və logistika orqanlarının tələblərinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Aqrar sığorta ilə mal-qara belə sığortalanacaq - Fermerlərin diqqətinə

Xəbər verildiyi kimi, Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Aqrar Sığorta Fondu (ASF) bu sığorta ilə bağlı detalları fermerlərin və kənd tiəsərrüfatı heyvanları sahiblərinin diqqətinə çatdırır. Aqrar sığorta ilə hansı heyvanlar sığortalanacaq? Nazirlər Kabinetinin müvafiq qərarına əsasən […]