Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib (FOTO)

Oxunma vaxtı:34 Saniyə

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri mərzə ediblər.

İclasda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də qatılıb. Hazırda Məşvərət Şurası işini davam etdirir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib (FOTO) - Gallery Image
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə və Azərbaycan orduları bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərdi - Hulusi Akar

Türkiyə və Azərbaycan Silahlı qüvvələri onlara verilən bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstəriblər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə və Azərbaycan ordusunun əməkdaşlıq etməsi çox vacibdir: “Ölkələrimizin, xalqlarımızın müdafiəsi və […]